Azərbaycanda Gənclər Forumu keçiriləcək

azerbaycanda-gencler-forumu-kecirilecek
Oxunma sayı: 682

“Qafqazinfo”nun məlumatına görə, forum ölkədə baş verən ictimai-siyasi proseslərə gənclərin baxışı və son vaxtlar gənclərə, jurnalistlərə edilən basqılarla bağlı olaraq təşkil ediləcək. Forumda ölkədə insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının məhdudlaşdırılması yönündə hakimiyyətin apardığı mürtəce siyasət əsas müzakirə mövzusu olacaq. Həmçinin, həbsdə olan gənc siyasi məhbusların durumu və iqtidarın təşkil etdiyi VI respublika gənclər forumu diqqət mərkəzində olacaq.

Forumda müxalif və müstəqil gənclər iştirak edəcəklər. Eyni zamanda, Gənclər və İdman Nazirliyinə, YAP-a və iqtidaryönümlü gənclər qurumlarına da Foruma qatılmaları üçün dəvət göndəriləcək.


Tədbir Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında saat 14.00-da baş tutacaq.



Fatimə Kərimli