“Azərbaycanda heç bir futbolçu Ruslanın istədiyi pula layiq deyil”

azerbaycanda-hec-bir-futbolcu-ruslanin-istediyi-pula-layiq-deyil
Oxunma sayı: 649

Məsələ ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Qafqazinfo”ya açıqlama verib. G. Abbaszadə Ruslanın “Neftçi”dən ayrılmasının səbəblərinə aydınlıq gətirib: “Ruslan Abışovun “Neftçi” ilə müqaviləsi bitib və artıq sərbəst oyunçudur. O, peşəkar futbolçu kimi istənilən kluba transfer oluna bilər. Təbii ki, müqavilə müddətini artırmaq istəyirdik. O, “Neftçi”nin yetirməsidi, “Neftçi”nin “Ruslan” etdiyi futbolçudur. Lakin, təəssüf ki, bəzi futbolçularımız kimi Ruslan da özünə həddən artıq qiymət qoydu. “Neftçi” isə ona bu məbləği verə bilməzdi. Çünki nəinki Ruslan, Azərbaycanda heç bir futbolçu Ruslanın istədiyi pula layiq deyil. Bəzi futbolçularımız qiymətini süni şəkildə artırır və bəzi klublarımız da bunu dəstəkləyir. Bu, Azərbaycan futboluna xeyir vermir. Yenə də Ruslan “Xəzər Lənkəran”ı seçibsə, ona yalnız uğurlar arzu edə bilərik”.

Qeyd edək ki, 24 yaşlı Ruslan Abışov 2006-2012-ci illərdə “Neftçi”nin şərəfini qoruyub və komanda ilə 2 dəfə Azərbaycan çempionluğunu yaşayıb.

Ceyhun Əhmədov