Azərbaycanda hüquq müdafiəçisi döyüldü

azerbaycanda-huquq-mudafiecisi-doyuldu
Oxunma sayı: 668

Bu barədə APA-ya məlumat verən Vahid Qazi hadisənin İçərişəhərdə baş verdiyini söyləyib: “Metroya tərəf gedirdim, tək idim. İki nəfər idman geyimində olan şəxs üstümə cumdu. İçkili olduqları hiss olunurdu. Biri tində durub göz qoymağa başladı, o biri də vurmağa başladı. Mən qışqıranda onlar qaçdılar”.

V. Qazi hadisə ilə əlaqədar polisə müraciət edib-etməyəcəyini hələ dəqiqləşdirmədiyini söyləyib.