Azərbaycanda iki ağır yol qəzası oldu, ölənlər var

azerbaycanda-iki-agir-yol-qezasi-oldu-olenler-var
Oxunma sayı: 675

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 7-də saat 01:10 radələrində Neftçala rayonu ərazisində, rayon sakinləri Ceyhun Həmzəyevin idarə etdiyi "VAZ-2101" və Qulam Məcidovun idarə etdiyi "KamAZ-5511" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış C.Həmzəyev, sərnişinləri Kənan İbrahimov və Samir Rüstəmov xəstəxanaya yerləşdiriliblər. C.Həmzəyev orada dünyasını dəyişib, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Eyni saatda, saat 01:00 radələrində Hacıqabul rayonu ərazisində Zaqatala rayon sakini Zeynal Rəsulovun idarə etdiyi "Mersedes" markalı avtobusla, Hacıqabul rayon sakini Əbülfəz Həsənovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub.

Nəticədə Z.Rəsulov hadisə yerində dünyasını dəyişib, xəsarət almış sərnişin- Həmid Hüseynov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.