Azərbaycanda internet istifadəçilərinin sayı yüksək həddə çatdı

azerbaycanda-internet-istifadecilerinin-sayi-yuksek-hedde-catdi
Oxunma sayı: 666

Azərbaycanda internet istifadəçilərinin sayı 65%, genişzolaqlı internet istifadəçilərinin sayı isə 30%-ə çatıb. Bunu “Qafqazinfo”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib. M. Əmirov bildirib ki, Bakıda hər 100 nəfərə 78 kompüter istifadəçisi düşür: “Paytaxtda 89,5% internet istifadəçisi var. Regionlarda internet istifadəçilərinin sayı 60%-dən yuxarıdır. Hər yüz nəfərə 45 kompüter istifadəçisi düşür. Respublika üzrə isə hər 100 nəfərə 48 kompüter istifadəçisi düşür”.

Bu göstəricilərin ümumdünya orta göstəricilərini iki dəfə üstələdiyini qeyd edən M. Əmirov onu da əlavə edib ki, ölkədə hər 100 nəfərə 110 mobil telefon düşür. Hazırda ölkə üzrə 10 milyon 120 min mobil telefon istifadəçisi var.

Nigar Məmmədli