Azərbaycanda jurnalist vəfat edib

azerbaycanda-jurnalist-vefat-edib
Oxunma sayı: 659

“Qafqazinfo”nun APA-a istinadən verdiyi məlumata görə, 51 yaşlı Qismət Alışoğlu ötən gün xəstəlikdən dünyasını dəyişib. Mərhum Masallı rayonunda bu gün torpağa tapşırılıb. Q. Alışoğlu şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Q. Alışoğlu uzun illər mətbuatda çalışıb. O, “Respublika”, “Xalq”, “Azərbaycan Müəllimi”, “Poliqlot” və s. qəzetlərlə yaxından əməkdaşlıq edib. Q. Alışoğlu həmçinin hekayə və şeirlər müəllifidir.