Azərbaycanda jurnalistin evini başına uçurdular

<b>Azərbaycanda jurnalistin evini başına uçurdular</b>
Oxunma sayı: 304

Xəstəxanaya düşənlər var. Bu barədə Azadlıq Radiosuna jurnalist özü məlumat verib. «Neft şirkətinin əlidubinkalı xüsusi təyinatlıları heç bir məhkəmə qərarı və rəsmi xəbərdarlıq olmadan traktor və ekskavatorlar vasitəsilə hasarı dağıdıb həyətə giriblər. Həyətdə ailə üzvlərimizə məxsus bir neçə ev var. Qapıya yaxın olan evi uçurdublar. Ailə üzvlərimi döyüblər. Əsasları da o olub ki, qanunsuz tikililəri sökürlər. Qonşular tökülüşüb gələndən sonra çıxıb gediblər. Polisə müraciət etdik, gələn olmadı».

Jurnalist deyir ki, valideynləri Telman Abbasov və Naimə Quliyeva, eləcə də qardaşı Ədalət Abbasov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. İdrak Abbasov düşünmür ki, hadisənin səbəbi qanunsuz tikililərin sökülməsidir. Deyir Xocasən qəsəbəsi Sulutəpə yaşayış massivində yerləşən həmin ərazi 20-30 ilin məhəllələridir. O qədər evin arasında məhz onların həyətinə basqın edilməsi təsadüfə oxşamır. Jurnalist son günlər fəaliyyəti ilə bağlı hədələndiyini, müxtəlif təhdidlərə məruz qaldığını bildirir.

ARDNŞ-in mətbuat xidmətində AzadlıqRadiosunun telefon zənglərinə cavab verən olmayıb. Binəqədi rayon Polis İdarəsi isə bildirir ki, sentyabrın 9-da Sulutəpə qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə inşa olunan qanunsuz tikililərin söküntüsü zamanı yerli əhali ilə ARDNŞ əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə dava düşüb və bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi