Azərbaycanda kişinin şalvarını oğurladılar

azerbaycanda-kisinin-salvarini-ogurladilar-
Oxunma sayı: 691

Bakı şəhər Baş Polis İdarəsi ötən gün paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir:


Avqustun 19-da S.Bəhlulzadə küçəsində Bakı şəhər sakinləri Sahib Şükürov mübahisə zəminində tanışı Allahverdi Baxşəliyevə baş və boyun nahiyəsindən balta ilə xəsarət yetirdiyinə görə Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

***

Avqustun 19-u saat 01:20 radələrində naməlum şəxs 8-ci kilometrdə yaşayan Emil Vəlixanovu mənzilinin qarşısında qətlə yetirmiş, tanışı Bakı şəhər sakini İsmət Məmmədova isə xəsarət yetirmişdir. Binəqədi RPİ CAŞ və 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, daimi yaşayış yeri olmayan, əvvəllər məhkum olunmuş Badiya Aleksandr avqustun 19-da yaxalanmışdır.

***

Avqustun 2-i saat 18 radələrində Novxanı çimərliyində Bakı şəhər sakini Tahir Mehdiyevin mobil telefonu və şalvarı oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Corat qəsəbə sakini Tahir Şahbazov avqustun 19-da yaxalanmışdır.

***

İyunun 23-ü saat 20 radələrində Yeni Günəşli qəsəbəsində yaşayan Roza Süleymanova evdən çıxmış və geri qayıtmamışdır. Suraxanı RPİ 33-cü PB-nin əməkdaşlarının səyi nəticəsində R.Süleymanova avqustun 19-da geri dönmüşdür.