Azərbaycanda məktəbli qız intihar etdi

azerbaycanda-mektebli-qiz-intihar-etdi
Oxunma sayı: 678

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 18-də saat 16:00 radələrində rayonun Aşağı Mürgüllü kəndində 1999-cu il təvəllüdlü Məsmə Quliyeva yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib.

Rayon prokuroru Fəxrəddin Məmmədov Trend-ə bildirib ki, Quliyeva irsi qan xəstəliyindən - hemofiliyadan əziyyət çəkib. Hemofiliya xəstəsi kimi bir neçə ildir qeydiyyatda olub.

Onun üzərində bir neçə dəfə əməliyyat aparılıb, dalağı çıxarılıb.

İntihar etməsinə də ilkin səbəb kimi bu xəstəlikdən əziyyət çəkməsi göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.