Azərbaycanda minimum əməkhaqqı artırıldı

azerbaycanda-minimum-emekhaqqi-artirildi
Oxunma sayı: 693

Prezident İlham Əliyev Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam imzalayıb. “Qafqazinfo” prezidentin saytına istinadən xəbər verir ki, İ. Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin maddi rifahını daha da yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıb:

1. Minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 31 avqust tarixli 1078 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilsin.

Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı 85 manat olub.