Azərbaycanda Minsk qrupunu tənqid edənlərə Lavrovdan - cavab

azerbaycanda-minsk-qrupunu-tenqid-edenlere-lavrovdan-cavab
Oxunma sayı: 646

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri İrəvanda keçirilən mətbuat-konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda ATƏT-in Minsk qrupu həmsədrlərinin fəlaiyyətinə verilən mənfi qiymətlə bağlı sualı şərh edərkən deyib: “Həmsədrlər Helsink prinsiplərindən uzaqlaşmayaraq, öz funksiyalarını düzgün yerinə yetiriblər və yetirirlər. Güc tətbiqi və ondan istifadə ilə bağlı edilən təzyiqlər, ərazi bütövlüyünə riayət etmək və xalqların öz müqəddəratını təyin etmə haqlarına gəlicə həmsdərlərin mövqeyi dəyişməyib” .

O, əlavə edib ki, bu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatlarında, həmçinin Dovil bəyanatında da əks olunub: “Tərəflər qurumun fəaliyyətini necə qiymətləndirir... Mən emosional və qeyri-rəsmi müxtəlif fikirlər eşidirdim. Lakin rəsmi mövqe Ermənistan və Azərbaycan prezidentlərinin, həmsədrlərin 2010-cu ildə ATƏT-in Astandakı sammitindəki birgə bəyanatlarında əks olunub”.

Onun sözlərinə görə, həmin bəyanata görə, eyni zamanda Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşlərinin nəticələrinə əsasən həmsədrin səyləri yüksək qiymətləndirilib.

Səidə