Azərbaycanda oğul anasına 9 bıçaq vurdu

azerbaycanda-ogul-anasina-9-bicaq-vurdu
Oxunma sayı: 734

Birinci versiya odur ki, anasını qətlə yetirən Nurulla Əhməd oğlu Nurullayev 2005-ci ildə arvadından boşanıb. Bundan sonra ickiyə meyl salan Nurullayev tez-tez evdə kiçik qardaşı və anası ilə mübahisə edirmiş. Mübahisə səbəb isə anasının onu keçmiş arvadı ilə evlənməyə məcbur etməsi olub.

İkinci versiya isə həddindən artıq içkiyə meylli olan Nurullanın içki pulu əldə etmək üçün anasının pensiya kartını əlindən almaq istməsi ehtimal olunur.

Samir İsmayılov bildirib ki, hazırda AR CM-nin 120.1-ci(Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, hadisə rayonun Vladimirovka kəndində baş verib. Aralarında yaranan mübahisə nəticəsində kənd sakini Nurulla Əhməd oğlu Nurullayev öz anasına, 76 yaşlı Zabitə Əlövsət qızı Nurullayevaya 9 bıçaq zərbəsi vuraraq onu ölümcül yaralayıb. Yaralı ana təcili olaraq rayon xəstəxanasına aparılaraq cərrahiyyə şöbəsinə yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq qadın dünyasını dəyişib.