Azərbaycanda Ombudsmanın səlahiyyəti artırıldı

azerbaycanda-ombudsmanin-selahiyyeti-artirildi
Oxunma sayı: 679

Azərbaycan Nazirlər Kabineti “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”sində dəyişiklik edib. Nazilər kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, 2003-cü il 13 may tarixli 65 nömrəli qərarla təsdiq edilmiş “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”yə 6.5-ci bənd əlavə edilib.
Belə ki, bu bəndə əsasən, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Milli preventiv qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qapalı tipli təlim-tərbiyə müəssisələrinə daxil ola, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşə və söhbət edə, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış ola və surətlərini ala bilər, akt tərtib edə, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdıra bilər.

Nigar Məmmədli