“Azərbaycanda otelçilik biznesi iflasa uğrayacaq” - Açıqlama

azerbaycanda-otelcilik-biznesi-iflasa-ugrayacaq-aciqlama
Oxunma sayı: 757

Məhz bu yarışmaya hesablanmış formada təşkil edilən otelçilik infrastrukturunun formalaşdırılması istiqamətində aparılan işlər və bu sahədə hazırlıqlar gələcəkdə bu sektorun ağır iflasla qarşılaşmasına səbəb ola bilər”. “Qafqazinfo”nun məlumatına görə, bunu Ümid Partiyasının iqtisadi-siyasət komissiyasının sədri Razi Abasbəyli partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Onun fikirincə, faktiki olaraq bu gün Bakı şəhərinin otel ifnrastrukturu 35-40 min nəfərlik qonağın qəbul edilməsinə imkan vermir. “Son günlər Bakı şəhərində bir-birinin ardınca çoxlu sayda otellərin tikintisi həyata keçirilir. Hökumətin tövsiyələri və bəzən də göstərişləri ilə inşa olunan tikililərin əsas sahibi və investorları iş adamlarıdır. Yarışma başa çatandan sonra və qonaqlar geri qayıdandan sonra bu obyektlər faktiki olaraq iflas olacaq. Nəzərə alaq ki, Azərbaycan kimi ölkələrdə belə yarışmalar adətən nadir hallarda keçirilir. O zaman yarışma başa çatandan sonra məhz «Evrovizion» üçün inşa edilən otellər iflas olacaq. Hətta nəzərə alsaq ki, bu otellərin bir qismi şəhərdən kənardadır o zaman belə obyektlərin yarışmadan sonr kommunal və cari xərclərini qarşılamaq üçün təkliflər belə almayacaqlar”.

O bildirib ki, hökumət belə bir iflasın yaşanmasını önləmək üçün ilk növbədə dünya praktikasından istifadə etməlidir: “Dünya praktikasında daha çox Yunanıstanda belə bir təcrübə var. Bu ölkədə keçirilən Dünya İdman Olimpiadasında yunanlar gəmi otellər sifariş etmişdilər. Həmin gəmilər xarici ölkələrdən kirayə haqqı ödənilməklə gətirilmişdi. Yarışma başa çatandan sonra isə gəmiləri öz sahiblərinə qaytardılar. Hesab edirik ki, Azərbaycanda da inzibati yollarla iş adamlarına təzyiq etməklə daşınmaz əmlak formasında otellərin tikilməsi gələcəkdə böyük pulların batmasına səbəb olacaq”.