Azərbaycanda polis öz cinayətkar qardaşını həbs etdi - Sensasiya

azerbaycanda-polis-oz-cinayetkar-qardasini-hebs-etdi-sensasiya
Oxunma sayı: 904

Bakının Binəqədi rayonunda məsul vəzifədə işləyən polis zabitinin qardaşı cinayət törətdiyinə görə həbs edilib. Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxs uzun müddət Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə axtarışda olan İlyas Qurbanovdur.

O, ayrı-ayrı vaxtlarda vətəndaşları müxtəlif üsullarla aldadıb. İşə düzəltmək, ali məktəbə köçürmə proseslərini həyata keçirəcəyini vəd edərək külli miqdarda pul mənimsəyib.

Onu da bildirək ki, İ. Qurbanov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin baş əməliyyat müvəkkili Cavanşir Qurbanovun qardaşıdır. İ. Qurbanovu da məhz elə qardaşı Cavanşir Qurbanov özü həbs edib.