Azərbaycanda polislər bir-birini döydü

azerbaycanda-polisler-bir-birini-doydu
Oxunma sayı: 638

Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, 27-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Zaur Axundov sınıq xəsarəti ilə təcili tibbi yardıma müraciət edib. Ona tibbi yardım göstərilib, qoluna sarğı qoyulub.

Araşdırmalar nəticəsində məlum olub ki, Z.Axundov ilə polis serjantları Vəliyev Samir Eyvaz oğlu və Talıbov Bəxtiyar Namiq oğlu arasında dava-dalaş baş verib. Hələlik səbəbi açıqlanmayan hadisə zamanı serjantlar polis zabitini vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Hazırda məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır.