Azərbaycanda polkovnik öldürülüb - Yenilənib

azerbaycanda-polkovnik-oldurulub-yenilenib
Oxunma sayı: 667

Mötəbər mənbədən aldığımız xəbərə görə, hadisə dünən axşamdan başlayıb. Radikal dini qruplaşmanın üzvü olan bir şəxs FHN işçilərinin üstünə halqası çəkilmiş qumbara atıb və partlayış nəticəsində yaralananlar olub. Bundan sonra digər hüquq-mühafizə orqanları da işə qarışıblar. Təbriz küçəsində evə qapanan silahlı şəxsə də kömək gəlib və onlar MTN və polis işçilərinə müqavimət göstəriblər.

Müqavimət bütün gecə boyu davam edib, bu səhər isə atışma daha da şiddətlənib. Həmin şəxsin Dağıstandan gəlmiş, milliyyətcə ləzgi olan və vəhhabi təriqətinə məxsus şəxs olduğu bildirilir. O və yaxın adamları Gəncədə "Hücrə evi" adlı mərkəz yaradıblarmış.

Mənbənin verdiyi xəbərə görə, hazırda Gəncədə qarışıqlıqdır, gərginlik son həddə çatıb. Hökumət qüvvələri tərəfindən ölən şəxsin polkovnik rütbəsi daşıdığı bildirilir.

Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.

***

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, həlak olan MTN-in xüsusitəyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Vəli oğlu Quliyevdir. Nazirliyin xəsarət alan digər 3 əməkdaşı isə Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.