Azərbaycanda qapıçı xəyanətkar adlandırıldı – Foto

azerbaycanda-qapici-xeyanetkar-adlandirildi-foto-
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, futbolçuya qarşı qəzəbli olan lənkəranlı azarkeşlər onun internet səhifəsinə hücum ediblər. Saytı yararsız hala salan fanatlar ana səhifədə “Xəyanəti və xəyanətkarları bağışlamırıq” yazısını yerləşdirib. Kamran Ağayev məsələ ilə bağlı əməkdaşımıza verdiyi açıqlamada bundan xəbərsiz olduğunu bildirib: “Bu sayt fanatlar tərəfindən bir neçə ay əvvəl yaradılıb. Lakin indi orada nə yazıldığı haqqında məlumatım yoxdur. Yəqin ki, saytı dağıdan da azarkeşlərdir”.

Ceyhun Əhmədov