Azərbaycanda qar faciəyə səbəb oldu

azerbaycanda-qar-facieye-sebeb-oldu
Oxunma sayı: 698

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 1-də saat 01:00 radələrində Siyəzən rayonunun Çarxana kəndi ərazisində rayon sakini Namiq Məmmədov özünə məxsus “VAZ-2106” markalı avtomaşını idarə edərkən yolun kənarında qara batıb.

N.Məmmədov avtomaşından düşərək onu qarşı tərəfdən itələməyə cəhd göstərib və bu zaman hərəkətə gəlmiş avtomaşının altında qalaraq ölüb.