Azərbaycanda “Qarabağ saatı”

azerbaycanda-qarabag-saati-
Oxunma sayı: 670

Politoloq qeyd edib ki, keçən dövr onu bir daha sübut edir ki, Azərbaycanda düşmənləri əl-ayağa salası nələrsə var. Ona görə də Azərbaycana qarşı atılan addımlar bizi daha sayıq olmağa vadar edir. M.Əhmədoğlu gələn aya nəzərdə tutduğu konfransda Dağlıq Qarabağa həsr edilən mövzularının daha çox olacağını bildirib.

Regiondakı vəziyyətə toxunan politoloq, bu vəziyyətə ciddi təsirli hadisələrdən biri kimi Rusiyadakı prezident seçkisini göstərib. O bildirib ki, hazırda ermənilər hakimiyyətə Vladimir Putinin gəlişindən çox narahatdırlar. M.Əhmədoğlunun sözlərinə görə, V.Putin yaxşı bilir ki, Rusiyada yaşayan ermənilər nə kimi siyasi hadisələrdə çıxış edib. O vurğulayıb ki, biz bütün bu hadisələrin fonunda biz dəqiq müəyyənləşdirməliyik ki, MDB məkanında hansı hadisələr yer alacaq. Bu addımlar içində Rusiyanın MDB ilə bağlı aydın konsepsiyası olmalıdır. Politoloq xüsusi vurğulayıb ki, Dağlıq Qarabağ məsələsində Rusiyanın bundan sonrakı rolunu bilmək bizə çox vacibdir.

Münaqişə ilə bağlı Avropanın mövqeyinə də toxunan M.Əhmədoğlu, hazırda Avro-Atlantik sturkturlardan Ermənistana gələn dəstəkdən danışaraq bildirib ki, məsələdə ikili oyunlar mövcuddur. O bildirib ki, Azərbaycan NATO-da 5 parametrlə çıxış etdiyi halda, Ermənistana da onlar tərəfindən lazımi dəstək verilir. Halbuki Ermənistan NATO-da cəmi bircə parametrlə iştirak edir. Politoloq qeyd edib ki, əgər bu gün NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan prezidenti ilə görüşü zamanı dediyi dəstək sözlərini, Ermənistan prezidentinə də deyirsə o zaman münaqişənin həllində bizə dəstək verməyən Avropa hansı üzlə bizdən özünün atacağı siyasi addımlarda dəstək gözləyə bilər?

Prezidentlərin Soçi görüşünə də toxunan politoloq vurğulayıb ki, ATƏT-in Minsk qrupu üzvləri bu görüşə ümumiyyətlə, reaksiya vermədilər. M.Əhmədoğlu qeyd edib ki, həmsədrlər özlərini tam olaraq E.Naldbandyanın tələbəsi kimi aparırlar.

Politoloq düşünür ki, əgər həmsədrlər Soçi bəyannaməsini dəstəkləyəsi olsaydılar, ən azından regiona səfər zamanı Dağlıq Qarabağ icmasının üzvləri ilə görüşərdilər. M.Əhmədoğlu qeyd etdi ki, həmsədrlər 20 ildə nə ilə məşğul olublarsa, bu gün Qarabağ münaqişəsi sülhdən çox müharibəyə hazırdır.

M.Əhmədoğlu ATƏT-in Minsk qrupunda Azərbaycan və Ermənistanı çıxmaq şərti ilə 9 dövlətin mövcud olduğunu, bu dövlətlərin də içərisində münaqişə ilə bağlı bir dəfə də olsun danışmayanların varlığından bəhs edib. O bildirib ki, ATƏT-in Minsk qrupunun bəyannaməsi çox bərbad vəziyyətdədir.

Ermənistanı yardıma möhtac, xəstə adlandıran politoloq vurğulayıb ki, Dağlıq Qarabağ ermənilərin təsir zonasında qaldıqca Ermənistan məhvə doğru gedəcək. O qeyd edib ki, 20 illik müddətdən sonra bu gün müharibə variantını gündəmə gətirməsi Azərbaycanın haqqıdır. “Azərbaycan istənilən zaman müharibə başlada bilər. Əgər Dağlıq Qarabağda müharibə başlasa Rusiya əlindən gələni edəcək ki, müharibə tezliklə bitsin. Çünki müharibə çox davam etsə Şimali Qafqaz tamamilə partlayacaq. Nəzəri cəhətdən isə bunun bir yolu var, güclü və qalib tərəfi dəstəkləmək”.

İranın hazırkı vəziyyətinə toxunan M.Əhmədoğlu qeyd edib ki, bütün hallarda İran deyir ki, mən Ermənstandan əl çəkməyəcəm. İran ümumiyyətlə, reallığı dərk eləmək imkanından məhrumdur. Politoloq düşünür ki, ABŞ, Rusiya prezidentinin inaquasiya mərasiminə qədər çalışacaq ki, İrana qarşı olan bütün addımlardan istifadə etsin.