Azərbaycanda qardaş qardaşa od vurdu

azerbaycanda-qardas-qardasa-od-vurdu
Oxunma sayı: 660

Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Fərzəliyev qəsəbəsində yaşayan 22 yaşlı Sahil Məlikov qardaşının üzərinə benzin tökərək, ona od vurub.

Hadisəyə uzun sürən ailədaxili mübahisə səbəb olub. S.Məlikov ata evinə gələrək qardaşlarından oranı tərk etməyi tələb edib. İki qardaş evdən çıxsa da, 29 yaşlı Xəyal Məlikov ata eviondən ona da pay düşməsini əsas gətirərək yaşadığı evi tərk etmək istəməyib. Qardaşlar arasında yaranan mübahisə zamanı Sahil özü ilə gətirdiyi benzinlə evi və qardaşı Xəyalı yandırıb. Ağır yanıq xəsarətləri ilə Gəncə şəhər 3 saylı təcili yardım xəstəxanasına çatdırılan Xəyal Məlikovun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən Sahil Məlikov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır