Azərbaycanda qaz kəmərində dəhşətli partlayış baş verdi - Yenilənib

azerbaycanda-qaz-kemerinde-dehsetli-partlayis-bas-verdi-yenilenib
Oxunma sayı: 671

Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Bölgə müxbirinin verdiyi məlumata görə, partlayış baş verən ərazi yüksəklikdə yerləşməsi və yollar buzlu olduğu üçün texnikanın hadisə yerinə cəlb olunmasında böyük problemlər yaranıb. Bunun üçündə alovun qarşısının alınmasında çətinlik yaranıb. Alovları 100 metrə yaxın yüksəyə qalxdığı üçün 10 kilometrdən görünə bilir. Hazırda yanğınsöndürənlər alovların kəndə keçməməsinə çalışırlar.

Qeyd edək ki, yerli sakinlərin bildirdiyinə görə, kəmərin müxtəlif hissələrində əvvəllər də qaz sızmaları müşahidə olunub.

* * *

Bölgə müxbirinin məlumatına görə, artıq yanğının azalması müşahidə edilir. Hazırda ərazidə Fövqəlada Hallar Nazirliyinin yanğından mühafizə və xilasetmə xidməti çalışır. Xəttə qaz verilişi dayandırılıb. Həmin boru xəttin yaxınlığına və ətraf ərazilərə kənar şəxslər buraxılmır. Bu da, qaz borusunun başqa yerində qaz sızması ehtimalı ilə bağlıdır. Belə ki, hər an başqa bir partlayışın baş verməsindən ehtiyat edilir.