Azərbaycanda QHT-lər qərargah yaradır

azerbaycanda-qht-ler-qerargah-yaradir-
Oxunma sayı: 678

“Qafqazinfo”nun məlumatına görə, görüşdə əsasən “QHT Evi”nin yaradılması, özəl sektorun vətəndaş cəmiyyətinin inkişafında iştirakı, müxtəlif İcma və Sosial İnkişaf Fondlarının yaradılması, QHT-lərin maliyyələşməsində milli donorlarla münasibətlərin təkmilləşdirilməsi, hökumət orqanlarının yanında İctimai Komitələrin yaradılması və “Eurovizion 2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsində vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr mövzusunda geniş və ətraflı müzakirə aparılıb.
Şura üzvlərindən Yadigar Məmmədli, Rəfail Becanov, İradə Yaqubova, Xanoğlan Əhmədov, Eyyub Hüseynov, Ruhəngiz Hüseynova mövzular ətrafında çıxış ediblər.

Sonda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev müzakirə olunan mövzularla bağlı öz fikirlərini bildirib. O, bildirib ki, Şura QHT-lərin maraqlı təşəbbüslərinə daim dəstək verib. İndi bu deyilən məsələlər də prioritetdir və Şura bu məsələlərlə bağlı öz mövqeyini daim bildirib. Alyansın da mövqeyini bölüşürük. Millət vəkili QHT-lərin qarşısında duran vəzifələrlə bağlı müvafiq təklif və tövsiyyələrini də bildirib. Həmçinin Şura sədri Allyansın 24 yanvar 2012-ci il tarixində “Azərbaycanda Eurovizion-2012: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda keçiriləcək Dəyirmi Masanın keçirilməsinə Dövlət Dəstəyi Şurasının dəstək verdiyini bildirib. O, bildirib ki, vətəndaş cəmiyyəti, QHT-lər müsabiqə ilə bağlı yaradılmaş dövlət komissiyasına hərtərəfli kömək göstərməlidir. Buna görə də Şuranın bu ilki qrant müsabiqəsinə “Eurovizion”-la bağlı mövzu daxil edilib. Lakin bunlar kifayət deyil. Daha geniş spektr əhatə olunmalıdır və gələcəkdə 300-400 QHT-nin iştirakı ilə geniş bir tədbir də keçirmək lazımdır.

Bunun üçün Azay Quliyev vətəndaş cəmiyyəti təşkilatlarından ibarət qərargah yaradılması zərurətini vurğulayıb və QHT Əməkdaşlıq Alyansının özək rolunu oynaya biləcəyini qeyd edib. QHT Əməkdaşlıq Alyansının üzvləri bildiriblər ki, yaxın günlərdə bununla bağlı təkliflərini Dövlət Dəstəyi Şurasına təqdim edəcəklər.