Azərbaycanda radikal həftəlik qəzet gündəliyə keçir

azerbaycanda-radikal-heftelik-qezet-gundeliye-kecir-
Oxunma sayı: 1155



Azərbaycanda həftəlik qəzet olan “Xural” yaxın vaxtlarda gündəlik nəşrə keçir. “Qafqazinfo”nun məlumatına görə, “Xural” qəzeti həftənin beş günü deyil, bütün günləri, hətta bazar gün belə nəşr olunacaq. Artıq qəzetin gündəlik yayıma keçməsi ilə bağlı hazırlıqlar başlanıb, əməkdaşıq ediləcək şəxslərlə danışıqlar aparılıb. Hazırda qəzetin gündəlik yayımı üçün lazım olan texniki avadanlıqların alınması prosesi gedir.

“Xural”ın gündəlik nəşrə başlaması ilə bağlı baş redaktor əvəz Zeynallı ilə əlaqə saxladıq. E. Zeynallı bu barədə xəbəri təsdiqləsə də, planlar və görüləcək işlər haqqında geniş danışmaq istəmədiyini dedi: “Bu barədə heç nə demək istəmirəm. Hər şeyi yaxın gələcəkdə özünüz görəcəksiniz” .

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Xural” qəzeti ölkədəki ictimai-siyasi proseslərə radikal mövqeyi ilə tanınır.

Xatırladaq ki, Azərbaycanda hazırda təkcə “Yeni Müsavat” qəzeti həftənin bütün günləri nəşr olunur.