“Azərbaycanda rüşvət verməyin axırı yoxdur, hər dəfə vermək lazımdır” - “Vikiliks”

azerbaycanda-rusvet-vermeyin-axiri-yoxdur-her-defe-vermek-lazimdir-vikiliks
Oxunma sayı: 715


“Vikliks” saytı Azərbaycanla bağlı yeni sənədlər açıqlayıb. Bu sənədlər son zamanlar Türkiyənin Azərbaycanın İsraillə münasibətlərinin yenidən qurulması tələbi ortaya çıxdığı vaxta təsadüf edir. Sənəddə Azərbaycanla İsrail arasında qurulmuş gizli əlaqələrdən, həmçinin iki ölkə arasında hərbi sahədəki əməkdaşlıqdan ətraflı olaraq söz edilir. 2008-ci ildə Bakıdan Vaşinqtona göndərilən gizli məktublarda İsraillə Azərbaycan arasında əməkdaşlıq barədə məlumat verilir.


2008-ci ildə xanım Enn Dersi ABŞ Dövlət Departamentinə yolladığı məktubunda yazır: «Azərbaycanın İsrail ilə əlaqələri çox isti olmasa da yaxındır. Hər iki ölkənin oxşar geopalitik çətinlikləri var və hər iki ölkə İranı xarici təhlükəsizliyinə təhlükə kimi görür. Avropa, Rusiya, Amerika Birləşmiş Ştatları tərəfindən böyük silah ehtiyacları ödənilməyən Azərbaycan güclü hərbi sənayesi olan, öz müştərilərini cox da sıxma- boğmaya salmayan İsrail üçün cox ideal tərəf-müqabildir. Bunun bir cox səbəbləri var, əsasən də Ermənistanla və Dağlıq Qarabağda baş verən hadisələrlə bağlıdır. Azərbaycan prezidenti Əliyevin cox dəqiq dediyi kimi, bu sadəcə, aysberqin görünən tərəfidir, problemin onda doqquzu isə gizlindədir. Əlaqələrin praqmatikliyi Azərbaycanın İsraili dövlət kimi tanımasında və eyni zamanda İslam Dövlətləri Konfransında içtirakı ilə nəzərə çarpır».

Açıqlanan digər bir sənəd isə diplomatik yazışmalar, səfirliyin Bakıdakı İsrail əməkdaşları və İsrail problemləri ilə bağlı demarşlarla çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyi məmurlarının qarşılıqlı əlaqələri əsasında qurulub. Bakıdan Vaşinqtona göndərilən gizli sənəddə səfir yazır: «İsrail kimi Azərbaycan da öz təhlükəsizliyinə İranı əsas, hətta ən əsas təhlükə kimi görür. Hər iki dövlətin əməkdaşlığı bu həqiqəti dərk etməkdən keçir. İsrailin Bakıdakı səfiri (Amerikada doğulmuşdur) Artur Lenk, tez–tez öz ölkəsinin qara yumorla pərdələnmiş mütəəssirliyini “Əgər imkan olsaydı, biz cox məmnuniyyətlə öz qonşularımızı Azərbaycanla əvəz edərdik” cümləsi ilə çatdırırdı. Hətta açıq mənbələr bu iki dövlət arasında geniş əlaqələr olduğunu qeyd edir və kəşfiyyat idarələri bu əlaqələrin Heydər Əliyevin vaxtında qurulduğunu iddia edirlər. Bu əlaqələrlə bağlı fakt əməkdaşlığın, əsasən, bu sahədə olmasına dəlalət edir, baxmayaraq ki, iki tərəf də bunu inkar edir».

«Azərbaycanın hakim dairələri Bakıda İsrailin maraqlarını qətiyyətlə qoruyurlar. Məsələn, Bakıdakı səfirlik missiyasının başçısının müavini səfirlik əməkdaşına danışırdı ki, Qəzza sektorunda əməliyyatlar zamanı hökumət səfirliyin təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib. Administrasiya yanvarın 2–də keçiriləcək nümayişdən xəbər tutan kimi polislə dolu avtobusları göndərib və nümayişçiləri həbs edib. Polis 150 nümayişçidən 25-ni həbs etdi və onların 20-si 10 gündən 15 günə qədər həbs cəzası aldı. Misal üçün göstərmək olar: rəsmi Bakı İran səfirliyinin qarşısında İranda Azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı keçirilən piketlərə toxunmur. Dekabrın 2-si keçirilən nümayişlə bağlı İsrail səfiri bizə dedi ki, “heç bir nümayişçi görməyib, heç bir xahişlə heç yerə müraciət etməyib ki, bu xahişə əsasən kimsə həbs olunsun».
Elə həmin tarixdə Bakıdan göndərilən başqa bir məxfi məktubda Azərbaycanla İsrail arasındakı hərbi texnika alış-veriş barədə ətraflı məlumat verilir:

- İsraillə six əlaqələri olduğuna görə, Azərbaycan yeni nəsil silah növləri əldə edir və ordusunun silah təchizatını daha da mükəmməlləşdirir. Bəzi hüquqi maneələrə görə, o texnikanı Amerikadan və Avropadan ala bilməz. Postsovet respublikaları olan Belarus və Ukrayna da onlara bu texnikanı verə bilmir. Dağlıq Qarabağda müharibənin qızışacağı qorxusu ilə Avropanın digər ölkələri Azərbaycana yerüstü hərbi sistemləri satmadığı halda, İsrail istədiyi zaman əhəmiyyətli silah sazişləri bağlamağa azaddır və silah alıcıları olan varlı müştərilərdən xeyir götürür. 2008-ci ilin sentyabr ayında Azərbaycan İsrail Müdafiə Nazirliyi ilə, səssiz-küysüz, böyük saziş imzaladı. Bu sazişə əsasən üç İsrail şirkətinə Azərbaycana minaatanlar, hərbi sursat, reaktiv qurğular və rabitə avadanlıqları satmağa icazə verildi. “Soltem” şirkəti minaatan və hərbi sursat satışına, “Tadiran Communications” rabitə ləvazimatı, ”İsrael Military İndustries” raket satışına icazə aldı. Onlar geniş miqyasda reaktiv raketlər, köhnə sovet 122 mm-lik “Qrad” (BM-21) sistemlərinin modernləşdirilməsini, 122–300 mm-lik raketlərin tuşlayıcı kompleksini və 300 mm-lik raketlərin buraxılma avadanlıqlarını təklif edirdilər. Azərbaycanın dəqiq nə aldığı bilinmir, lakin yüz milyonlarla dollarlıq sazişin imzalandığı bilinir. Azərbaycan artıq “İsrael Military İndistruies” şirkətindən 122 mm-lık ağır “Kamaz 63502”-a quraşdırılmış “Lynx” yaylım atəşi sistemləri alıb.

Daha sonra isə sənəddə yazılır ki, ABŞ Müdafiyə Nazirliyinin axırıncı hesabatına əsasən, Azərbaycan bir İsrail şirkəti ilə pilotsuz təyyarə istehsal etmək üçün şərikli müəsisə qurub. Bu müəsisənin 51%-i Azərbaycana məxsus olacaq. Bundan başqa, səfirin Vaşinqtona yolladığı daha bir məxfi qrifli məktubunda Azərbaycanla İsrail münasibətlərdən bir daha söz açılır. Məktubda İsraillə Azərbaycan dövlətləri arasındakı münasibətlər islam konteksində qiymətləndirilir: «2008-ci ilin may ayında Kənd Təsərrüfatı naziri Şalom Simxonun Bakıya səfəri baş tutdu. İsrail-Azərbaycan əlaqələri, prezident Əliyevin dediyi kimi, “onda doqquzu qıraq üçün gözlə görünməyən aysberq”dir. Bu ifadə dəqiqdir, axı Bakı İsraillə dostluq əlaqələrini İslam Konfransı Təşkilatının qarşısında götürdüyü şərtlər əsasında qurur. Ona görə də Azərbaycan İsraildə səfirlik açmır, itaətkarca (amma zəif) İsrailin Fələstində və Livanda apardığı hərbi əməliyyatları tənqid edir, beynəlxalq aləmdə isə İranı qəzəbləndirməmək üçün, İKT-nın xəttini müdafiə edir».

Başqa bir sənəddə isə İsraillə Azərbaycan münasibətlərinin daha ətraflı və şərhli forması göstərilir. «Ölkələr arasında doğrudan da sərhədlər var, lakin bu, İsrail kapitalının və ya yatırımçılarının Azərbaycanda hansısa sıxıntıda olduqlarına dəlalət etmir. Bu heç də burada yatırım qoyan başqa dövlətin vətəndaşlarına nisbətən İsrailin xüsusi vəziyyətdə olduğuna dəlalət etmir. İsrail missiyasının müavini bizə yumor hissi ilə İsrail biznesmenlərinin qazax korrupsiyasını Azərbaycan korrupsiyasından üstün tutduqlarını deyirdi. Axı Qazaxıstanda bizneslə məşğul olmaq üçün böyük rüşvət vermək lazımdır, sadəcə bir dəfə, Azərbaycanda isə rüşvət verməyin axırı yoxdur, hər dəfə vermək lazımdır. İsrail-Azərbaycan əlaqələri dəqiq praqmatizm və prioritetlərin aydın qiymətləndirilməsi əsasında qurulur. İsrailə Azərbaycan İrana qarşı müttəfiq kimi, onun əraziləri kəşfiyyat üçün, özü isə bir silah alıcısı kimi lazımdır. Bu hədəflərə çatmaq üçün israillilər Azərbaycanın İKT çərçivəsində hərəkət etməsini başa düşmək məcburiyyətindədir. İsrail kimi Azərbaycan da güclü və dost olmayan qonşuların əhatəsindədir. İsrail ikinci dərəcəli məsələlərdə Azərbaycana təzyiq etmir ki, əsas məsələdə istədiyini alsın. Bizə aydındır ki, hər iki tərəf bu mövqedən razıdır».

“Xural” qəzeti