Azərbaycanda rüşvətin donu açılıb

<b>Azərbaycanda rüşvətin donu açılıb</b>
Oxunma sayı: 241





Bu ilin əvvəlində ərəb ölkələrində baş verən inqilabların fonunda
Azərbaycanda əmələ gələn canlanma artıq arxada qalıb. “Qafqazinfo”nun məlumatına görə, ilin əvvəlində dövlət başçısı İlham Əliyevlə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bir-birinin ardınca keçirdikləri müşavirdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin sərtləşdirilməsi haqqında qərarlar qəbul ediləndən az sonra ölkədə bir canlanma əmələ
gəlmişdi. Bir sıra nazirliklər xüsusi ilə Daxili İşlər, Əmək və Əhalinin SosialMüdafiəsi, Müdafiə Nazirlikləri, Dövlət Gömrük Komitəsi və digər orqanlar qısa müddət ərzində işçiləri cəzalandırmış, vəzifəli şəxslər həbs olunmuşdu. Bu işdə nazir Ramil Usubovla, Füzuli Ələkbərov xüsusi fərqlənərək işçilərini dəstə-dəstə qovurdular.
Bu iki ay əvvəlki tarix heç kimin yadından yəqin ki, çıxmayıb. Hətta həmin vaxt bir neçə orta səviyyəli məmur işdən alınmışdı. O cümlədən milli təhlükəsizlik nazirinin birinci müavini Əli Nağıyev, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov, bəzi rayonların icra başçıları işdən çıxarılanda və yerləri dəyişdiriləndə hər kəs ümidlənmiş, nəhayət ki, ölkədə köklü islahatlar başladı deyə düşünmüşdü.

Həmin vaxt vüsət alan müxalifətin mitinqləri, hətta cəmiyyətdə qınağa səbəb olmuş “bəs siz nə istəyirsiniz, ölkə rəhbərliyi bu dəfə də inqilabı qabaqlayıb, çevik tərpənərək islahatlar aparır və bunun nəticəsini hər kəs görəcək”-kimi şərhlər, analizlər verilirdi.
Təsəvvür edin ki, cəmi bir neçə ay əvvəl Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan avtomobillərlə bağlı internetdə kalkulyatorlar yerləşdirib camaatı gətirdiyi maşının rüsumunu buradan hesablamağa, artıq pul ödəməməyə çağırırdı.

Biz təsadüfən həmin vaxt, yəni martın əvvəlində Baş Dövlət Yol Polisində olmuş, avtomobil sənədləşdirilməsində iştirak etmişdik. O vaxt bizi rüşvət ala bilmirdilər deyə o qədər süründürdülər ki, ən azı iki gün vaxtımız getdi. Hətta biz rüşvəti ləğv eləyənlərin qarasınca xeyli donquldanıb, bizi yubatdıqları üçün əsəbiləşmişdik. Ancaq rüşvət verməmiş, cəmi 60-70 manat dövlət rüsumu ödəməklə maşınımızı minib gəlmişdik. Ondan sonra da harada oturub-
dururduqsa qürurla deyirdik ki, daha rüşvət getdi işinin dalınca.

Lakin bu proses uzun sürmədi. Artıq ölkədə bütün sahələrdə rüşvət qadağasının götürüldüyü haqda məlumatlar var. Misal üçün bir maraqlı faktı qeyd etmək olar. Bu günlərdə özünə yeni avtomobil alan insanlardan biri sənədləşdirmə üçün QAİ-yə gedir.
O, maşınını sənədləşdirən zaman avtomobilin dövlət nömrə nişanını almaq üçün 450 manat tərləyir. Adam pulu verəndən sonra, əlüstü “Zerkalni” nömrələrin qiyməti ilə də maraqlanıb. Ona bir siyahı veriblər. Adam yadında qalanı bizimlə bölüşüb. Deyir 90 KK
090 nömrəsini almaq üçün məndən 4 min manat istədilər. Ona təklif edilən başqa nömrələr və qiymətləri isə belə olub. Siyahıda avtomobil nömrələrinin qiyməti təxminən belə olub. “90” la “011” 1000 manat, “010” 4 min manat, “111” 2 min manat, “222”
1500 manat, “333” 1500 manat. “009” və “900” nömrələrinin isə QAİ rəhbərliyinin razılığı və yüksək məbləğ ödənməsi ilə mümkünlüyü qeyd edilib. Buyurun, bu da rüşvətə qarşı mübarizənin nəticəsi. Yazıq, o iki aya əvvəl işdən qovulan
sıravi yol polislərinin halına. Belə baxanda onların nə günahı var idi axı...

Yadınızdadırsa, biz bu proses başlayanda “Gömrük Komitəsində rüşvət dondurulub” başlıqlı yazı yazmışdıq. Bu gün isə məcburuq ki, həmin başlığı dəyişək və “Azərbaycanda rüşvətin donu açılıb” qoyaq. Necə deyərlər, aşıq gördüyünü çağırar. Gördüklərimiz isə
təkcə bunlar deyil. Mövzunu maraqlı faktlarla yaxın günlərdə davam etdirəcəyik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi