Azərbaycanda seriala çəkilmək üçün öpüşə bilən qız axtarılır – Fotolar+Video

azerbaycanda-seriala-cekilmek-ucun-opuse-bilen-qiz-axtarilir-fotolarvideo
Oxunma sayı: 2092

Azərbaycan teleməkanında yayımlanacaq yeni, “Günah” serialında baş rola çəkilmək üçün 18-26 yaşlı xanımlar sınaq çəkilişlərinə dəvət olunurlar. “Qafqazinfo”nun məlumatına görə, serialın yaradıcı heyətinin verdiyi elanda deyilir ki, filimdə öpüş səhnələri olacaq. Odur ki, sınaq çəkilişlərinə gəlmək istəyən xanımlar bunu nəzərə almalıdırlar.

Serialda çəkilmək istəyənlər şəkillərini [email protected] ünvanına göndərə bilərlər.

Serialın Facebook-dakı profilində yaradıcı heyət elanı qeyri-ciddi qəbul edənlərə belə səslənib: “Ay camaat, öpüş səhnələri deyəndə ağlınıza nə gətirirsiniz, bilmirik?! İnsan hər səhər yuxudan duranda həyat yoldaşı ilə neynəməlidir, əl sıxmalıdır, öpüşməlidir. İndi qızla oğlan iki günə tanış olurlar, üçüncü gün parkda qucaqlaşırlar. Bu normal real həyatdır. Ona görə panikaya düşməyin”.

Qeyd edək ki, “Günah” serialı 2008- ilde 5 dost tərəfindən yaradılan Q.A.T.A.R studiyası tərəfindən çəkilir. Serial 5 dostdan bəhs edir. Sözügedən serialın rejissorları Ramil Ağasiyev, Əlizamin Əzimov, ssenaristi Azər Cəfərov, baş rol ifaçıları Tural Əhməd, Qorqud Cəfərli, Sənan Əlləz, operatoru Şahmar Səfəroğludur.

Nigar Məmmədli

Gunahserial.flv