Azərbaycanda sərxoş polis qəza törətdi

azerbaycanda-serxos-polis-qeza-toretdi
Oxunma sayı: 653

SİA-nın Şimal bürosunun məlumatına görə, hadisə gecə saatlarında magistral yola çıxarkən baş verdiklərini bildirirlər.
Dəvəçi kənd sakini Nurlan Məmmədov zülmət qaranlıqda idarə etdiyi VAZ-2106 markalı avtomobillə yaşadığı kənddən çıxarkən polis nəfəri idarə etdiyi VAZ-2103 markalı avtomobillə onun maşınını arxadan vurub. Nəticədə Nurlanın maşını 3 dəfə aşaraq yolun Dəvəçi kəndi tərəfinə düşüb. Maşına ciddi ziyan dəysə də xoşbəxtlikdən sürücüyə heç nə olmayıb.

Gecə saatlarında baş vermiş hadisə Bakı-Gendob-Yalama Yolunun 120-ci km-liyində qeydə alınıb. VAZ-2106-nın sürücüsünün yanında əyləşən Mübariz Seydiyev: "Yavaş-yavaş avtomobillə magistral yola çıxırdıq. Birdən arxadan bizi kimsə böyük sürətlə vurdu və maşın aşdı", - deyə bildirib.

Hadisəni törədən polis VAZ-2103-nü yolun kənarına qoyaraq yaxınlıqdakı evə girib. Sakinlər təsdiqləyir ki, polis əməkdaşı sərxoş olub. Hətta sərxoşluqdan gəzə bilmirmiş. Hadisəni törədən polis əməkdaşı polis formasını soyunaraq mülkü geyimini geyərək digər qəzaya düşmüş avtomobilin sürücüsünün yanına gəlib. Ancaq çəkilişi gördükdə yenə də həmin yol kənarındakı evə qayıdıb.
Baş vermiş qəza nəticəsində kimin təqsirli olub olmadığı avtotexniki ekspertizadan sonra məlum olacağı əraziyə gələn polis inspektorları bildirib.