Azərbaycanda silahlı insident – Ölən var

azerbaycanda-silahli-insident-olen-var
Oxunma sayı: 675

Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə rayonun İcra Hakimiyyətinin binası yaxınlığında baş verib. Belə ki, telefon dükanında bir neçə gəncin arasında mübahisə başlayıb və az sonra mübahisə böyüyüb. Hadisə şahidinin sözlərinə görə, mübahisə edənlərdən biri tapança çıxararaq telefon dükanını işlədən Amid adlı şəxsi vurmaq istəyib. Amma atdığı güllələr ehtiram adlı şəxsə dəyib. Başından iki güllə yarası alan Ehtiram küçənin ortasına yıxılıb. Onu vuran digər bir nəfərlə VAZ 21015 markalı avtomobilə minərək hadisə yerindən qaçıblar.

Ehtiram isə təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Dərhal hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Baş vermiş qətllə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qətli törədənlərin ələ keçirilməsi üçün əməliyyat tədbirləri həyata keçirilir.

Məlumata görə, silahlı şəxs Yardımlı rayonundan olub.