Azərbaycanda telekanal əməkdaşları həbs olunub

azerbaycanda-telekanal-emekdaslari-hebs-olunub
Oxunma sayı: 648

Zaur Quliyevin atası Musafəddin Quliyev AzadlıqRadiosuna məlumatı təsdiqləyib. Oğlunun martın 13-də saxlanıldığını deyib. Amma onun niyə, hansı qurum tərəfindən saxlanmasından və hara aparılmasından xəbərsizdir. Bircə onu deyir ki, oğlu səhər işə gedib. Onu iş yerindən aparıblar: «Mən xəstəyəm, bilmirəm neyləyim. Xəbər çıxmasa, Bakıya gedəcəm».

Zaur Mustafayevin qardaşı da məlumatı təsdiqlədi. Onun martın 14-də saxlandığını dedi. Amma o da qardaşının niyə saxlandığını, hara aparıldığını bilmir: «Biz bilmirik nə baş verir».

Yerli mənbələr həmin şəxslərin noyabrın 22-dəki iclasdakı videoçəkilişə görə saxlandıqlarını deyirlər. Həmin iclasda sabiq icra başçısı Rauf Həbibov yerli sakinlərin ünvanına təhqiramiz ifadələr işlətmişdi. Hadisədən bir neçə ay sonra bu görüntü internetdə yayılmış və yerli əhali küçələrə çıxaraq etiraz etmişdi. Bu etirazlardan sonra icra başçısı işdən uzaqlaşdırılıb. 5 nəfər isə saxlanılıb və cinayət işi açılıb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə son həbslərlə bağlı gələn məlumatı nə təsdiqlədi, nə təkzib etdi. Bircə bunu dedi ki, Quba hadisələriylə bağlı əlavə məlumat veriləcək.

AzadlıqRadiosu