Azərbaycanda televizor pultu üstündə bıçaqlanma - Ata və oğul

azerbaycanda-televizor-pultu-ustunde-bicaqlanma-ata-ve-ogul
Oxunma sayı: 650

17 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun üzərində cərrahiyə əməliyyatı aparıb və yaralının həyatı üçün yaranmış təhlükə sovuşub.

Hadisəyə ailədə televizora baxmaq üçün yaranmış mübahisə səbəb olub. Belə ki, V.Bağırovun oğlu atasının əlindən televizor pultunu alıb və başqa kanala baxmaq istədiyini deyib. Oğulun bu hərəkəti atanı özündən çıxarıb və o, bıçağa əl atıb.

Verilən məlumata görə, V.Bağırov hər hansı xəstəxanada qeydiyyatda olmasa da, əsəb xəstəliyindən müalicə olunur.