Azərbaycanda üç hakim cəzalandırıldı

azerbaycanda-uc-hakim-cezalandirildi
Oxunma sayı: 657

Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend-ə verilən məlumata görə, bu gün Şuranın növbəti iclası keçirilib. İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq, fəaliyyətlərində kobud qanun pozuntuları, süründürməçilik, habelə korrupsiyaya şərait yaradan hallara yol verildiyinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova, Qəbələ rayon məhkəməsinin hakimi Tofiq Məmmədova və Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayevə töhmət verilib.