Azərbaycanda yeni hökumət fəaliyyətə başlayır

azerbaycanda-yeni-hokumet-fealiyyete-baslayir
Oxunma sayı: 805

Onun sözlərinə görə, prezident İlham Əliyevin dövlət orqanlarında elektron xidmətlərin təşkili ilə bağlı sərəncamına əsasən onlara həvalə edilən işlər avqustun sonuna qədər yekunlaşacaq. İşlər qaydasında getsə, sentyabrda elektron hökumət fəaliyyətə başlayacaq.

"Hesabat dövründə əsas işimiz elektron hökumətin qurulması istiqamətində elektron imza sisteminin hazırlanaraq istismara verilməsidir. Artıq may ayının 23-də verilən vaxt avqustun 23-də bitir. Bu vaxt ərzində bütün nazirliklər verilən və avtomatlaşdırılmış şəkildə veriləcək xidlmətlərin siyahısını, həmçinin 2 ildə hansı göstəriləcək elektron xidmətlərin siyahısının bizə verəcəklər. Bütün bu işlər yekunlaşdırıldıqdan sonra fəaliyyət proqramı hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq", deyə Ə. Abbasov qeyd edib.

Nazirin sözlərinə görə, bu işlərin tezləşdirilməsi vətəndaş məmur münasibətlərinə, korrupsiya ilə mübarizədə böyük rol oynayacaq. İşgüzarlıq fəaliyyətinin aktivləşdirilməsinə, kiçik və orta biznesin gücləndirilməsinə səbəb olacaq.