Azərbaycanda Yeni il havası

azerbaycanda-yeni-il-havasi
Oxunma sayı: 681

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib. Tağıyeva bildirib ki, yaxın günlərdə hava şəraitinin ciddi dəyişkənliyi gözlənilmir.

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında gündüz 9-12 dərəcə isti proqnozlaşdırılır. Əsasən yağmursuz və dəyişkən buludlu hava şəraiti hökm sürəcək.

Tağıyeva bildirib ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə temperatur 3-5 dərəcə intervalında dəyişəcək. Yanvarın 1-də isə dekabrın 31-nə nisbətən temperatur nisbətən enəcək. Gündüz Bakıda və Abşeron yarımadasında 7-9 dərəcə isti proqnozlaşdırılır.

Tağıyeva bildirib ki, dekbarın 31-i gecəyə doğru Azərbaycanın bəzi ərazilərində zəif duman olacaq. Onun sözlərinə görə, Azərbaycanın əksər rayonlarında dekabrın 31-i və yanvarın 1-i yağmursuz, mülayim hava şəraiti hökm sürəcək. Yalnız ölkənin cənub bölgəsində - Lənkəranda fasilələrlə yağış gözlənilir.

Dekabrın 31-də cənub, yanvarın 1-i isə mülayim şimal-şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.