Azərbaycanda yeni radikal portal fəaliyyətə başladı

azerbaycanda-yeni-radikal-portal-fealiyyete-basladi
Oxunma sayı: 649

Azərbaycanda yeni informasiya agentliyi fəaliyyətə başladı. “Qafqazinfo” xəbər verir ki, Radikal İnformasiya Agentliyi adlanan xəbər mərkəzinin direktoru Sudef Məcidli, israçı direktoru isə Rövşən Ziyadır.

Artıq bir neçə gündür, fəaliyyət göstərən Radikal.az-ın yaranma məqsədlərindən danışan Rövşən Ziya bildirdi ki, agentlik əsasən ölkədə baş verən korrupsiya və rüşvətxorluq hadisələrini qabartmağa çalışacaq: “Bu gün ölkədə baş verən bu cür hallarla bağlı demək olar ki, az məlumat verilir. Ölkədə çoxsaylı xəbər saytları və informasiya agentliklərinin olmasına baxmayaraq, onların yalnız bir neçəsi bu cür hallarla bağlı məlumat verir. Dövlət idarəsinə üz tutan şikayətçilərin şikayətinin təmin olunmaması, dövlət idarə və təşkilatlarında baş verən məmur özbaşınalığı və bu kimi hadisələr bizim əsas diqqət mərkəzimiz olacaq”.

İcraçı direktor onu da qeyd etdi ki, saytımızda həmişəki kimi, daxili və xarici siyasət, geosiyasi-məkanda baş verən hadisələr, idman, mədəniyyət, sosial, müsahibələr, açıqlamalara da geniş yer veriləcək: “Biz maraqlı layihələr üzərində də düşünürük. Yaxın vaxtlarda bu barədə oxucularımıza ətraflı məlumat veriləcək”.