Azərbaycanda yeni xalq hərəkatı formalaşmalıdır - Çağırış

azerbaycanda-yeni-xalq-herekati-formalasmalidir-cagiris
Oxunma sayı: 1338

Çağırışda deyilir: “Dünya xalqlarının irtica rejimləri ilə mübarizə təcrübəsi deməyə əsas verir ki, mövcud vəziyyətdən çıxış yolu Xalq Hərəkatıdır. Hakimiyyətin avtoritar siyasəti nəticəsində təcrid olunmuş xalqı yenidən Hərəkat formatında təşkilatlandırıb siyasi proseslərin tərəfinə çevirmək qaçılmazdır. 80-ci illərdə Azərbaycan Xalq Cəbhəsi formatında təşkilatlanaraq sovet rejimindən xilas olmuş xalq, bu gün yenidən birləşərək təşkilatlanmalı və mövcud irtica rejimindən qurtulmalıdır”.

Partiya çağırışında onu da vurğulayıb ki, “Klassik Xalq Cəbhəsi Partiyası totalitar sovet rejiminə qarşı mübarizə aparıb qalib gəlmiş xalq hərəkatının nüvəsini təşkil edən sosial bazanı , ideoloji resursları və aparıcı hərəkatçıları birləşdirən, bu və ya digər formada müdaxilələrinə baxmayaraq, cəbhəçilik və hərəkatçılıq ruhunu saxlayan bir təşkilat olaraq yeni xalq hərəkatı yaranacağı təqdirdə bütün qüvvəmizi, imkanlarımızı, bilik, bacarıq və mübarizə təcrübəmizi bu işə həsr etməyə hazırıq!”

KXCP bu missiyanı həyata keçirmək üçün həmçinin obyektiv və ya subyektiv səbəblərdən siyasi arenadan uzaqlaşmış bütün keçmiş hərəkatçıları, cəbhəçiləri, eyni zamanda cəbhəçi əxlaqı, düşüncəsi ilə yaşayan, Azərbaycanda böyük siyasi dəyişiklik arzulayan insanları bizimlə birlikdə bu yola çıxmağa dəvət edir: “Bu, Azərbaycan Respublikası Müstəqilliyinin bərpasının 20 illiyinə bizim ən böyük töhfəmiz olacaqdır! Məqsədimiz – Xalqın vahid mütəşəkkil bir gücə çevrilərək, öz dövlətinə və yaşadığı məmləkətə sahib çıxmasına nail olmaqdır!

Amalımız – Xalqı mövcud poblemlərə qarşı vahid hərəkatda birləşdirməkdir!

İstəyimiz 80-ci illərdə “millətlərə istiqlal” yolunda açılmış xalq cəbhəsinin davamı olaraq, “insanlara hürriyyət” yolunda vahid cəbhə açmaqdır!

Yolumuz Rəsulzadə-Elçibəy Yoludur!”

Fatimə Kərimıli