Azərbaycanda yenilik

azerbaycanda-yenilik-
Oxunma sayı: 846

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində “e-imza”nın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov “e-imza”nın tətbiqi istiqamətində görülən işlər barədə danışıb. Bildirib ki, əhali, hüquqi şəxslər, biznes-strukturlar və dövlət müəssisələri işçiləri üçün elektron rəqəmli imzaların dəyəri ƏDV nəzərə alınmaqla ildə 14 manatdan 60 manatadək olacaq: “Əhali üçün imzaların qiyməti ƏDV nəzərə alınmaqla ildə 14 manat təşkil edəcək. İmzaların hüquqi şəxslər, biznes-strukturlar üçün qiyməti ildə 60 manat, dövlət müəssisələri işçiləri üçün isə 135 manat (üç illik) olacaq. Biz xarici ölkələrdəki vəziyyəti analiz edərək, elektron rəqəmli imzaların optimal dəyərini müəyyən etmişik. İmzaların bu qiymətləri ilkin qiymətlərdir və 2012-ci il yanvarın 15-dək qüvvədədir”"

Qeyd edək ki, gələn il yanvarın 15-dən sonra imzaların qiymətlərinə yenidən baxıla bilər.

Nigar Məmmədli