Azərbaycanda yol terroru jurnalisti də hədəfə aldı

azerbaycanda-yol-terroru-jurnalisti-de-hedefe-aldi
Oxunma sayı: 665

Səs qəzetinin gənc əməkdaşlarından biri, 22 yaşlı Murad İsmayılzadə sentyabrın 5-də yol qəzası nəticəsində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 20-ci kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində İsmayıl İsmayılov idarə etdiyi “Kia” markalı minik avtomobili ilə 22 yaşlı Murad İsmayılzadəni vurub. M.İsmayılzadə hadisə yerində ölüb.

Qeyd edək ki, gənc jurnalist Bakı Dövlət Universitetini bitirib. Tələbəlik illərində “Səs” qəzeti ilə əməkdaşlıq edib. Bir neçə ay əvvəl hərbi xidmətdən geri dönən M.İsmayılzadə qəzetdə fəaliyyətini davam etdirib.

Allah rəhmət eləsin.