Azərbaycandakı İtaliya şirkətində nə baş verir?

azerbaycandaki-italiya-sirketinde-ne-bas-verir-
Oxunma sayı: 666

“Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, iki azyaşlı uşağı olan və həyat yoldaşını ağır xəstəlikdən itirən Dilarə Məmmədovanın “Todini” şirkətində işləyən zaman adminstrator köməkçisi Samir Novruzlu ilə iş prosesində tez-tez problemləri olub. Buna səbəb isə Samir Novruzlunun yeməkxanaya verilməli olan ərzağın mənimsəməsi, ərzaqların qiymətini süni şəkildə artırması və nəhayət, keyfiyyətsiz malların fəhlələrə verməsidir. Yaranmış vəziyyətdən narazı qalan fəhlələr isə ötən ilin oktyabr ayında etiraz edərək işi dayandırıblar və aksiya keçiriblər.

Maraqlı məqam isə “Todini” şirkətinin Salyanın Çuxanlı kəndindəki adminstratoru Brakapetinin itinə də azərbaycanlı fəhlələrə verilən ətdən pay ayrılmasıdır.

Müraciətdə qeyd olunur ki, fəhlələrin etirazı və şirkətdəki qanunsuzluqlardan xəbər tutan layihəni maliyyələşdirən Dünya Bankının nümayəndələri şirkətin fəaliyyətini yoxlamağa qərar veriblər. Bu zaman şirkətin rəhbərliyi işçiləri yığaraq şikayət edəni birbaşa işdən qovacağı barədə hədələyib.

Dilarə Məmmədova bildirib ki, bundan dərhal sonra şirkətdə Günel İbrahimova adlı bir xanımın rəhbərliyi ilə Brakapetini müdafiə etmək məqsədi ilə imzatoplamağa başlayıblar. D. Məmmədova da digərləri kimi məcburən sənədə imza atıb. Sonradan məlum olub ki, bu ərizə yaramaz və mentalitetimizə yaraşmayan əməllərindən Brakapetindən şikayət olan hüquq müdafiəçisi Emil Məmmədova qarşı yönəlib. Əslində isə Brakapeti şirkətdə işləyən qadınların heysiyyatını alçaldan əməllərlə məşğuldur. Bu və buna bənzər bir sıra qanunsuzluqları şirkətdə işləyən hamı bilir, amma işlərini itirməmək üçün bu barədə heç nə demirlər.

Zərərçəkən Dilarə Məmmədova dəfələrlə bu vəziyyətlə bağlı adminstratora şikayət etdiyi üçün bu ilin yanvarın 30-da ona işdən çıxmaq üçün ərizə yazmalı olduğunu deyiblər. Onlar guya şirkətin “Akkorda” satıldığını və bunun üçün ərizə yazmalı olduğunu bildiriblər.

Sonradan Dilarə Məmmədovaya aydın olub ki, onu şirkətdən arzuolunmaz şəxs kimi işdən çıxarıblar.