Azərbaycandakı partlayışda ölənlərin sayı 6 oldu

azerbaycandaki-partlayisda-olenlerin-sayi-6-oldu
Oxunma sayı: 697

Hacıqabul rayonunda baş verən partlayışda ölənlərin sayı artıb. “Qafqazinfo”nun məlumatına görə, avqustun 9-da baş vermiş partlayışda yanıq xəsarəti alan 62 yaşlı Cəlilabad rayonunun sakini Vahid Abbasov dünən 5 saylı Xəstəxananın yanıq mərkəzində ölüb. Yaralanan gündən aparatda saxlanılan mərhumun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum partlayış zamanı yanan “Azpetrol” maşınını sürücüsü idi.

Qeyd edək ki, bununla da güclü partlayışda ölənlərin sayı 6-ya çatıb. Hadisə zamanı 21 nəfər yanıq xəsarəti alıb.