Azərbaycandan Avropa Şurasına şikayət

azerbaycandan-avropa-surasina-sikayet
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, o, səfirə ölkədəki son gəlişmələrlə bağlı ətraflı məlumat verərək, AŞ-nın daha qətiyyətli mövqe sərgiləməsini istəyib. Bu ilin aprel aksiyası zamanı tutulan müxalifətçilərin AŞ tərəfindən siyasi məhbus kimi tanınması məsələsi də müzakirə edilib. Səfir Konstantin Yerokostopulos da qeyd edib ki, AŞ Azərbaycan hökuməti ilə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirir və bu məsələlər daim olaraq gündəlikdə qalır. AXCP sədrinin müavini səfirdən siyasi partiyalarla daha yaxından əməkdaşlıq etməyi və müzakirələrin intensivləşdirilməsini də istəyib. Səfir qeyd edib ki, Monitorinq Qrupunun üzvləri noyabr ayında Azərbaycana səfər edəcəklər və Azərbaycanın öhdəlikləri bir daha hökumət, parlament, siyasi partiya və ictimai təşkilatlarla müzakirəyə çıxarılacaq.