Azərbaycandan gedən zəvvarlar qəzaya düşməyib

azerbaycandan-geden-zevvarlar-qezaya-dusmeyib
Oxunma sayı: 637

“Azərbaycandan Həcc ziyarətinə gedən avtobuslardan birinin aşması ilə bağlı xəbər yalandır”. Bunu “Qafqazinfo”ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov deyib. M. Payızov bildirib ki, Azərbaycan zəvvarları qəzaya uğramayıb və sözügedən qəza başqa ölkəyə aid zəvvarlardır: “Biz bilmirik bu xəbəri haradan götürüblər. Mən bu xəbəri yayan saytla məşğul olacağam ki, niyə yalan xəbər verib camaatı çaşqın qoyurlar. Bizimlə dəqiqləşdirməmiş niyə yazırlar? Bizim 18 avtobusumuz sağ-salamat Səudiyyə Ərəbistanına yaxınlaşıb, bir-bir ziyarət məkanına daxil olur”.


Xatırladaq ki, yayılan məlumatda bildirilirdi ki, qəza azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan, 18 avtobusun yer aldığı birinci karvanda baş verib. İordaniya ərazisində qeydə alınan qəza nəticəsində ölən və yaralananların olduğu qeyd edilirdi.

Qeyd edək ki, yayılan ilkin xəbərlərə görə, qəzaya uğrayan avtobus Dağıstana məxsus olub.

Nigar Məmmədli