Azərbaycandan Lənkəraniyə məktub göndərildi

azerbaycandan-lenkeraniye-mektub-gonderildi-
Oxunma sayı: 660

Bu barədə “Qafqazinfo”ya Mərkəzin mətbuat xidməti Elvin Məmmədov məlumat verib. Məktubda göstərilir ki, müstəqil araşdırmalar və ictimai fikir yazıçının qətlinin İran tərəfdən törədilməsi və xüsusilə də, bu qətlə ayətullah Cavad Lənkəraninin aidiyyətli olması qənaətini yaradır. İ. Altay bildirib ki, onun tərəfindən aparılan müstəqil tədqiqat zamanı müəyyən olunan aşağıdakı amillər həmin şübhələrə tutarlı əsaslar yaradıb:

“Mərhum atanız ayətullah Fazil Lənkəranin yazar Rafiq Tağıya «Avropa və biz» məqaləsindəki islam dininin tənqidinə görə çıxartdığı ölüm fitvasının qərara alınıb, hazırlanıb yayılmasında sizin bilavasitə iştirakınız; ölüm fitvasının nəinki adi qərar olması, həm də onu icra edəcək şəxsin mənəvi və maddi həvəsləndirilməsi; qətldən dərhal sonra şəxsən tərəfinizdən bu əməlin təqdir olunması və məmnun qalaraq bu barədə bütün dünyaya təbrik yaymağınız; bu barədə Azərbaycan qanunları və bəşəri prinsiplərin əksinə olaraq atdığınız addımların geniş dünya ictimaiyyəti tərəfindən qınandığı halda indiyədək hər hansı mövqe bildirməkdən yayınmağınız; Ofisinizin qarşısında hətta ölümündən sonra belə, Rafiq Tağıya ədavət, intiqam və ölüm təbliğ edən yazı-elanın vurulması; Qum şəhərindəki baş ofisinizdə nümayəndə və işçiləriniz qarşısında sizin təklifinizlə qətllə bağlı yazdığım tədqiqat suallarına indiyədək cavab verməməyiniz; İranın Tehran və Qum şəhərlərindəki ofislərinizdə nümayəndə və işçilərinizlə mətbuata açıqlamadığım sual-cavablar, digər məlumatlar və faktlar».

İ. Altay məktubunda Rafiq Tağının qətlindən 9 gün əvvəl «İran və qloballaşma qaçılmazlığı» məqaləsində İran hakimiyyət rejimini sərt tənqid etməsinin də qətl üçün səbəb yarada biləcəyini və bu məqalə ilə də bağlı Cavad Lənkəraninin yazıçını ciddi təhdid etməsi barədə məlumatlı olduğunu göstərib. Məktubda nəticəyə gəlinir ki, bütün proseslər onu göstərir ki, Cavad Lənkərani bu illər ərzində bütün imkan və səlahiyyətlərindən istifadə etməklə yazıçı Rafiq Tağını məqsədli, intensiv və davamlı olaraq təqib edib.

İlqar Altay bütün bu qaranlıq məqamlara aydınlıq gətirilməsi və onun üzərində yaranmış şübhələrin aradan qaldırılması üçün ayətullahdan tezliklə zəruri addımlar atmasını və ictimaiyyət qarşısına çıxıb izahat verməsini xahiş edib. Hüquqşünas əks halda, topladığı və həm də indiyədək açıqlamadığı bütün fakt və materialları təqdim etməklə Azərbaycan Respublikası Baş Prokurorlundan Rafiq Tağının ölüm işi ilə bağlı qaldırılmış, cinayət məcəlləsinin 120.1- qəsdən adam öldürmə maddəsindən (7-12 illik cəza) 120.2.12-milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürmə (12-15 il və ya ömürlük cəza) maddəsinə keçilməsi və Cavad Lənkəraninin istintaqa şahid ya, şübhəli şəxs qismində cəlb edilməsinin və yaxud da, istintaqdan yayınarsa, barəsində İnterpola beynəlxalq axtarış verilməsinin vacibliyi barədə xahiş-müraciət edəcəyini bildirib.

Mərkəzin mətbuat katibi onu da bildirdi ki, İlqar Altay mərhum Polşa Prezident Lex Kaçinskinin təyyarə qəzasının müstəqil tədqiqatı ilə bağlı Moskva, Smolensk və Minsk şəhərlərinə səfərə çıxıb: «Müstəqil hüquqşünas eyni zamanda dekabrın 24-də Moskvada keçiriləcək müxalifətin etiraz mitinqini monitorinq etmək niyyətindədir».

Qeyd edək ki, məlumat üçün İ. Altay məktubun bir nüsxəsini də İranın Ail dini lideri Ayətullah Xamneyiyə göndərib.