Azərbaycandan Lütfi Zadəyə mükafat

azerbaycandan-lutfi-zadeye-mukafat
Oxunma sayı: 673

Cəmiyyətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir 18 dekabr 2011-ci il tarixində saat 15 -00 da Xəzər Universitetinin “Dünya konsert-konfrans” salonunda keçiriləcək.( Ünvan : Bakı şəh. B. Səfəroğlu küç.)
Tədbirdə görkəmli elm xadimləri, incəsənət nümayəndələri, Gürcüstandan və Təbrizdən təşrif buyurmuş ziyalılar və digər qonaqlar iştirak edəcəklər.

Tədbirdə həmçinin “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin qərarı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə akademik Zahid Xəlilova ölümündən sonra ünvanlanan “Millətin Fəxri” diplomunun, “Borçalı” İctimai Cəmiyyətinin nəşr etdiyi Zahid Xəlilovun həyat və yaradıcılığından bəhs edən “İstinad nöqtəsi” kitabının və akademik Zahid Xəlilov adına təsis olunmuş mükafatların təqdimatı olacaq.

“Zahid Xəlilov mükafatı” ildə 1 dəfə olmaqla, hər ilin sonunda Türk dünyasının dirçəlişi naminə misilsiz fədakarlıq göstərən 5 nəfərə təqdim olunacaq. Laureatlar Azərbaycan, Türkiyə, Güney Azərbaycan, Gürcüstan (Borçalı) və digər türk bölgələrinin hər birindən bir nəfər olmaqla müəyyənləşdiriləcək.

Akademik Zahid Xəlilov adına mükafatın ilk laureatları aşağıdakılardır:
1. Lütfi Zadə - “Qeyri səlis məntiq nəzəriyyəsi”nin banisi (Azərbaycan )
2. Cavad Heyət – görkəmli ictimaiətçi, həkim, Güney Azərbaycanda nəşr olunan “Varliq” dərgisinin yaradıcısı (Güney Azərbaycan )
3. Turan Yazqan – Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı (Türkiyyə)
4. Oljas Suleymenov – görkəmli ictimaiətçi,yazıçı publisist (Qazaxıstan)
5. Camal Mustafayev – görkəmli filosof, el ağsaqqalı (Gürcüstan, Borçalı)