Azərbaycandan qədim İncil kitabını aparmaq istəyənlər saxlanıldı

azerbaycandan-qedim-incil-kitabini-aparmaq-isteyenler-saxlanildi-
Oxunma sayı: 797

İlqar Dadaşovdan aşkar olunan kitab ekspertizadan keçirilməsi üçün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına göndərilib. Milli Kitabxananın ekspert rəyinə əsasən, təqdim edilmiş üzərində “Священное Евангелие” sözləri yazılmış kitab köhnə rus əlifbası ilə çap olunmuş dini kitabdır.

XIX əsrin II yarısında çap olunduğu ehtimal olunan kitabın üz qabığı xüsusi bədii tərtibatla qiymətli metaldan işlənilib. Mühüm tarixi əhəmiyyət kəsb edir, ölkədən çıxarılmasına icazə verilmir və xüsusi rejimdə qorunması və bərpa olunmasına ciddi ehtiyac var.