“Azərbaycandan səs gözləyirik” – Məqalə

azerbaycandan-ses-gozleyirik-meqale
Oxunma sayı: 651

Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Taha Akyol Fransa parlamentində qəbul olunan qondarma “erməni soyqırımı”nı inkara görə cəza verilməsi qanunun qəbulundan sonra rəsmi Bakının mövqeyini tənqid edib. “Qafqazinfo” müəllifin məqaləsini təqdim edir:

“Dünənki yazımda Azərbaycan prezidenti cənab İlham Əliyevin Fransada baş verənlərə qarşı səssiz qaldığını tənqid etmişdim.

Yerli-yersiz çox təpki aldm. Müsavat Partiyasnın başqanı İsa Qəmbər Bakıdan zəng elədi. Əliyevin susmağının onu da tənqid etdiyini, Fransanın qərarının Azərbaycana zərər verəcəyini, Ankara ilə Bakının birgə hərəkət etməsinin vacbliyini bildirdi.

AXCP sədri Əli Kərimli “Azadlıq” qəzetində çıxan müsahibəsini göndərdi, “İlham Əliyev niyə hələ susur? Nə vaxt danışacaq?” deyir. Azərbaycan Fransaya qarşı tam gücüylə etiraz etsəydi, bəlkə də bu qanun qəbul olunmayacaqdı, deyir.

Libeal Partiyanın lideri Lalə Şövkət Fransadakı səfirin geri çağırılmasını, ölkənin birinci xanımı Mehriban Əliyevanın “Legion ordeni”ndən imtina edilməsini istəyir.

Azərbaycan xalqı və ziyalıları Fransaya qarşı daha sərt davranılmasını istəyir.


Aşağı səviyyəli etiraz


Azərbaycanın baş konsulu Həsən Sultanoğlu dünənki yazıma görə bir xeyli əsəbləşib, telefonla zəng etdi, “Türkiyə ilə Azərbaycanın arasını vurub, kimə xidmət edirsən, Xocalı qətliamından niyə yazmırsan?” kimi sözlər dedi, bu mövzuda mübahisə etmək istəmədim.

Sultanoğlu Azərbaycan Xarici İşlər Nazirliyinin və parlamentinin etirazalrını xatırlatdı. “Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsi
Bəyanat yayaraq Fransanı tənqid etdiyini də unutma”, dedi.

Bakıdan bu mövzuda e-maillər aldım.

Bunlar doğrudur. Cənab Əliyev özü danışmır və diplomatiyada “aşağı profilli” deyilən açıqlamalar verdirir.

Beləcə, həm Türkiyəni və Azərbaycan ictimai fikrini təmin etdiyini, həm də Qarabağ məsələsində əhəmiyyətli rola sahib olan Minsk qrupundakı Fransanı uzaqlaşdırmadığını, kənarlaşdırmadığını düşünür.

Lakin Sarkozi də bilir ki, “aşağı profilli” təpki, laqeyd sayılan təpki deməkdir.


Qarabağa gedənlər kimlərdir?


Keçən ilin avqust ayında fransalı deputat qrupu Ermənistan və Qarabağa səfər etdi. Bu, Ermənistanın işğalına dolayı bir dəstək idi. Azərbaycan XİN də haqlı olaraq 22 avqustda Fransaya rəsmi etiraz etmişdi.

Bu Fransa nümayəndə heyətinin başında kim dururdu, bilirsinizmi? “Soyqırımı”n inkarını cinayət sayan qanuna öncüllük edən xanım Valeria Boyer!

Fransadakı qanunun pərdəaraxası açıq deyilmi? Bir “etiraz bəyanatı” da indi vacib deyilmi?

Əliyevin Minsk qrupunun üzərində əsməsini anlayıram, lakin “aşağı profilli təpki” siyasəti Fransada Boyer, Dəvəciyan və Sarkozi kimilərin Minsk qrupundan tərəfsiz davranmasını təmin edə biləcəkmi?

Cənubi Qafqazda əsas rol oynamağa çalışan Fransanın bir ayağı Ermənistandadır. O biri ayağı ilə Minsk qrupunda nüfuz qazanmaq ardınca düşüb. Onun üçündür ki, rəsmi Bakı “yüksək profilli” bir təpki göstərsəydi, xeyli təsirli ola bilərdi.


Yüksək profil zamanı

İndi Fransa Konstitusiya Şurasına müracət edəcək 60 millət vəkili axtarılır.

Cənab Əliyev, səs verin ki, bu mərhələdə şəxsən sizin də iştirakınız olsun.

Azərbaycanın daxili siyasəti mövzusunda özümü haqq sahibi görmürəm. Məqsədim kimisi dəstəkləmək və pisləmək deyil. “Bir millət, iki dövlət” həqiqətində iki dövlətin fərqli siyasətinin ola biləcəyini də qəbul edirəm. Lakin həyati əhəmiyyətli məsələlərdə birgə hərəkət etmək lazim deyilmi? Tarixi və hüquqi bir həqiqət olan yəhudi soyqırımı İsrail dövlətinin işğal siyasətinə bir cür toxunulmazlıq qazandırmışdır. Ermənistanın davam edən işğalına Türkiyədən başqa toxunan varmı?! “Soyqırım” iddiası rəsmən qəbul edilərsə, Qarabağ problemi necə olacaq, bir düşünün və “yüksək profilli” bir səs verin, cənab Əliyev!”