Azərbaycandan Somaliya yardım başladı

azerbaycandan-somaliya-yardim-basladi
Oxunma sayı: 683

“Qafqazinfo”nun məlumatına görə, kampaniyanın əsas məqsədi Somalidə aclıq çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya etmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf formada toplanmasını, toplanmış vəsaitin Somalidə aclıq çəkənlərə çatdırılmasını təşkil etməkdir. Azərbaycan Respublikası ərazisində yardım kampaniyasının təşkili İKGF-nun Avrasiya Regional Mərkəzi tərəfindən həyata keçiriləcək.

Bununla bağlı İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə yardım etmək istəyənləri Ramazan ayının 25-nə kimi (avqustun 25-26-sı) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir. Vəsaitlər kampaniyanın gedişi ərzində Somaliyə çatdırılacaq.

Yardım etmək istəyənlər vəsaitləri İKGF-nun
DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz
Azərbaycan Beynəlxalq Bankı Səbail filialı
HESAB No 33409019442412143209
S.W.I.F.T. KOD: IBAZAZ2X
KOD: 805551
VÖEN: 9900001881
CORR. ACC: 0137010002944 saylı bank hesabına köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin 598 11 62 və ya 492 11 52 nömrəli telefonuna zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər. Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlərə müvafiq rəsmi qəbz verilir.

Əziz dostlar! Cəmi 25 AZN ödəməklə siz, Somalidə bir uşağın bir aylıq yeməyini təmin etmiş olursunuz.

Səidə