“Azərbaycandan Türkiyəyə mədəni etiraz…”

azerbaycandan-turkiyeye-medeni-etiraz
Oxunma sayı: 696

Ötən yanvarın sonunda qardaş Azərbaycanla gizli bir inciklik yaşadıq. Normal şərtlərdə qəzetlərdə “skandal” başlığıyla yer almalı olan xəbərə keçmədən öncə yaddaşlarımızı kontrol edək…
Fransanın, qondarma “erməni soyqırımı”nın inkarını cinayət sayan qanunu qəbul etdiyi əsnada Türkiyədə iqtidaryönlü mətbuat orqanlarının verdiyi xəbərlər:
“Əliyev Putin qədər ola bilmədi.”
“Heydər Əliyevin vəfatından sonra iqtidara gələn oğlu İlham Əliyev, xüsusən son iki ildə Ankaraya qarşı soyuq müharibə yeridir.”
Bakıda Türk Şəhid məzarlığındakı bayraqları endirəcək qədər işi irəlilədən, bu ölkədə oxuyan və işləyən Türkiyə vədəndaşlarının gündəlik həyatlarında davamlı olaraq problemlər yaradan Bakı rəhbərliyi Fransanın qondarma soyqırım qanununda Paris ilə münasibətlərini gözlə görülə biləcək səviyyədə artırdı.”
“Ruslar endirim etdi, o, bahalaşma…”
“Qərb ölkələrinin hədələrinə qarşı əlindəki təbii qaz və petrol kartını oynamayan, Ankaranı hər platformada, sanki hiyləgərliklə tək qoyan Bakı rəhbərliyinin bu rəftarı son petrol və təbii qaz görüşlərində daha diqqətə çarpan şəklə gəldi. Rusiyada Putin rəhbərliyinin Türkiyə ilə uzun müddətli əlaqələri nəzərə alaraq təbii qaz üçün böyük endirimə getdiyini ifadə edən diplomatik qaynaqlar “Halbuki qardaş Azərbaycan həm bahalaşdırdı, həm də Türkiyəyə yüz milyonlarla dollar zərər verdi” kimi dəyərləndirdi. Eyni qaynaqların verdiyi məlumata görə Bakı rəhbərliyi hər il milyardlarla dollar qazanc əldə etdiyi BTC boru xəttindən Türkiyənin zərərinin 150 milyon dollar olduğunu söyləyir. Bakı rəhbərliyi Ankaradan incisə də,həqiqətin bunun tam əksi olduğunu söyləsə də sənədləriylə etdiyi açıqlamalar “Türkiyəli” mətbuat orqanlarında heç yer almadı. Bakı Ankara arasında yaşanan bu soyuqluq əsnasında 26 yanvarda Ankara Keçiörən Bələdiyyəsinin dəvəti ilə Azərbaycan Sumqayıt Bələdiyyə Başçısı –Azərbaycan Bələdiyyələr Birliyinin başçısı Əbülfəz Babayev və Azərbaycan Milli Məclisi Bələdiyyələrlə iş üzrə komitəsinin sədri Arif Rəhimzadə, Biləcəri Bədəliyyə başçısı İlham Xəlilov və dörd millət vəkili Türkiyəyə gəldi.Azərbaycan nümayəndə heyyəti ənənəvi proqramları ilə birgə TBMM başqanı Cəmil Çiçək və iqtidar partiyasının təmsilçiləri ilə də görüşdü.Görüşmələrdə mediada əks olunan yanlış xəbərlərdən dolayı yaşanan sıxıntılardan da danışıldı.Bunların aradan qaldırılması istənildi.Hətta heyyət Ankaradaykən tərəfdar mediyada sözügedən nəşrlərin “xətaları” ilə bağlı sənədlər danışıldı.
Azəri heyət bir yandan Ankarayla təmaslarını davam etdirir,digər yandan da mətbuatda çıxacaq “doğru” xəbərləri gözləyirdi.
Nə etdilərsə olmadı. Azəri heyyətin deyimiylə “yanlışlar düzəldilmədi”.
Mövcud inciklik bir az da artdı.
Azərbaycan nümayəndə heyəti 30 yanvar bazaar etəsi gününə planlanmış təyyarəylə ölkələrinə geri dönməliydilər. 29 yanvar bazar günü planlarında jurnalistlərlə görüş və gəzinti vardı. İncikliklərini ifadə etmək üçün son günkü proqramdan imtina etdilər və Azərbaycandan gələn xüsusi təyyarə ilə ölkələrinə qayıtdılar.
Ankara nə etdi?
“Niyə bir gün tez gedirsiz?” deyə soruşan olmadı.
Hörmətsizlikdə tayı olmayan Ankara, Azərbaycan heyətini 26 fevral Xocalı soyqırımının ildönümündə Ankarada gözləyir. Keçiörəndəki Azərbaycan parkına Xocalı soyqırımını xatırladan bir abidə qoyulacaq. Abidəni də təxminən 160 min avroya Azərbaycan hazırlatdı. AKP iqtidarının pulsuzluqdan(!) edə bilmədiyi jestə qarşılıq Xocalı soyqırımına xatirə abidəsi təyyarə ilə Türkiyəyə gətiriləcək. Əgər heyət gələrsə!...
Qardaşlığa senzura əngəl olarmı?
Türkiyədəki tərəfdar mətbuat, qlobal hakimlərin təmsilçilərinin əmrləri istiqamətində nə edirsə etsin,gerçəklər dəyişmir ki , dəyişmir.
Keçən bazarertəsi gündəmindən , axtarsanız yalnız virtual aləmdəki xəbər portallarında tapabiləcəyiniz bir xəbəri sizlərə təqdim edirəm:
“Azərbaycanın prezidenti İlham Əliyev, Fransa-Qafqaziya Dostluq Qrupunun sədr müavini Natali Qulenin başçılığındakı Fransız Senatorlar heyətini qəbul etdi. Prezident İlham Əliyev Fransa Senatındakı qondarma “erməni soyqırımı”nın inkarının rəddini cinayət sayan qanunun ləğvi üçün göstərdikləri səyə görə senatorlara təşəkkür etdi. Prezident İlham Əliyev Fransa Senatında müzakirə edilən bu qanunu tarixi inkar edən, demokratiyaya, fikir azadlığına zidd olan,yalan və saxta məlumatlara söykənən cəhd kimi dəyərləndirərək,qüvvəyə minməyəcəyinə ümid etdiyini dilə gətirdi.”

Gedikli, çat verdi!...
AKP sədrinin müavini Bülənt Gedikli.
Tayyip Ərdoğana olduqca sadiq adlardan biridir. Partiya yaranandan bu yana iqtisadiyyatdan məsul sədr müavinidi. Ümumi Mərkəzin kassası da ondadı. Bu adı digər sədr müavinləri kimi çox eşidə bilməzsiniz.Mətbuata çıxmağı,mediya önündə danışmağı heç sevməz.Gedikli ara-sıra danışar,o da Tayyip Ərdoğan “Çıx danış” deyərsə… Bülənt Gediklinin “Neocon-Ərgənəkon qardaşlığı” başlıqlı “Anadolu” agentliyinə verdiyi müsahibəni oxuyunca doğrusu çox təəccübləndim.
Bülənt Gedikli, məsul olduğu sahənin xaricinə olduqca çox çıxıb. Söyləmək istədiklərini futbol şərhləriylə yüngülləşdirib sözügedən ABD-yə vurmağa çalışıb.Gədikli yazıçı Paul Asterdən yola çıxaraq,”Neocon-Ərgənəkon heyəti Türkiyəni zərərsizləşdirməyə çalışır”. Bu qurum Türkiyəylə məşğuldu. Türkiyə nə zaman güclənməyə başlasa, araya girib fırlanan təkərə çomaq soxmağa, suyu bulandırmağa çalışır. Türkiyədə xaos, qorxu, kriz yaratmaq istəyirlər. Amma Neocon-Ərgənəkon qardaşlığı bihudə bir səyin içindədir. Türkiyədəki güvən və sabitlik şəraitini kimsə poza bilməz” deyib. Olduqca uzun bir müsahibədir. Hər kəs özünə sərf edən şəkildə götürüb, istifadə edib. Bu dövrdə yaşananların canlı şahidi olmasam, mən də yeyərdim. AKP-nin quruluş proqramını bu “Neocon—Ergenekon “lar hazırlamayıbmı? İqtidara gəldikləri ilk gündən etibarən İraqın işğalıyla bağlı kimlərlə alış-veriş etdilər?
O vaxt ABŞ-da yadplanetlilərmi iqtidardaydı?
Tayyip Ərdoğan İraqdan “burnu qanamadan qayıtmaqları” üçün kimin əsgərlərinə dua etdi?
AKP iqtidarında Türkiyəni karvansaraya çevirən Neoconlar deyildimi?Türk əsgərinin başına torbanı kim tikdi?
Əsgərlərimizin başına torba keçirilərkən Tayyip Ərdoğan kimdən çəkinib bir “musiqi notası” belə verə bilmədi? Bu sullar uzanıb gedir.
Milləti balıq yaddaşlı hesab etdikləri üçün atıb-tuturlar
Bülənt Gediklinin müsahibəsi agentliyə düşən kimi Ankara kulislərini elə-belə bir gəzdim. Müsahibəyə qiymət verənlər dərhal “Tayyip Ərdoğanın sağlamlığıyla əlaqədar 2012-ci il çox isti keçəcək və çox sürpriz siyasi inkişaflar olacaq” şərhlərini təkrarladılar.
Yenə də bildirək; AKP nə zaman ABŞ-ın kirli oyununa ortaq olası olsa əvvəlcə yalandan əlehdar köynək geyinər…
Diqqətli olmaq lazımdı…
Bu işin altda bir təhlükə var!..