“Azərbaycanı indikindən yüz dəfə yaxşı idarə edən komanda yaratmaq olar”

azerbaycani-indikinden-yuz-defe-yaxsi-idare-eden-komanda-yaratmaq-olar
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Reytinq qəzetinə müsahibəsində ADP sədri Sərdr Cəlaloğlu deyib. O bildirib ki, burda söhbət kiminsə ətrafında birləşməkdən getmir: “Mən vahid namizəd deyəndə onu demirəm ki, gəlin, filankəsin ətrafında birləşək. Vahid namizəd bir ideyadır. Elə bir adam seçilməlidir ki, o adam hər kəsin maraqlarını təmin edə bilsin. Mən deyirəm ki, gəlin, vahid namizəd ideyası ətrafında birləşək, müəyyənləşdirək ki, kimlər namizəd olmaq istəyir, bu namizədlər özlərinin vahid namizəd olması üçün hansı üsul və vasitələr görürlər, sonra həmin üsul və vasitələrdən hamı ədalətli şəkildə istifadə edir. Kim qabağa çıxırsa, hamı birmənalı şəkildə onu qəbul edir”.

Partiya sədri bildirib ki, onların ideyasının mahiyyəti odur ki, ağırlıq namizədin yox, komandanın üzərinə salınsın: “Hansı komanda vahid namizədi dəstəkləyəcəksə, hakimiyyətin ağırlığı o komandanın üstünə salınacaq. Bəli, Azərbaycanı indikindən yüz dəfə yaxşı idarə edən komanda yaratmaq olar. Sualınıza gəlincə, müxalifət düşərgəsində yetkin, formalaşmış, hazır bir komanda var, amma belə bir lider yoxdur ki, təklikdə hakimiyyətə gəlib nəsə edə bilsin”.