Azərbaycanı təhqir edən rus jurnalistinə yəhudi liderindən sərt cavab

azerbaycani-tehqir-eden-rus-jurnalistine-yehudi-liderinden-sert-cavab
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Semyon İxiilov bu ifadələrin bəşəri dəyərlərə və jurnalist etikasına sığmadığını bildirib. Bu davranışın dinindən və dilindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının hiddətinə səbəb olduğunu qeyd edib.
V.Solovyovun verilişdə səsləndirdiyi fikirləri hiddətlə qarşılayan icma sədrinin müraciətində bildirilir ki, rus jurnalistin efirdə söylədikləri riyakarlıq, təxribat və böhtandır. Jurnalistin “Holokost”un Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə müqayisəsinin uğursuz olduğunu deyən S.İxiilov qeyd edib ki, azərbaycanlılar tərəfindən ermənilərə qarşı heç vaxt soyqırımı aktı törədilməyib. Əksinə, azərbaycanlılar indiki Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən soyqırımına məruz qalıblar. Müraciətdə xüsusilə vurğulanıb ki, Azərbaycanda heç bir milli-dini ayrı-seçkilik yoxdur və bütün xalqların nümayəndələri burada mehriban qonşuluq şəraitində yaşayırlar: “Rusiyalı jurnalistin Azərbaycan dövləti və azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlər, isterik replikalar Azərbaycanda yaşayan yəhudilərin hiddətinə səbəb olub. Azərbaycan iqtisadi cəhətdən güclənən, sivil və demokratik dövlətdir. Bu ölkənin istiqanlı, xeyirxah və yüksək tolerantlıq mədəniyyətinə sahib xalqı Azərbaycana sülhlə, xoş niyyətlə gələn hər kəsi duz-çörəklə, hörmətlə qarşılayır”.

Semyon İxiilov bildirib ki, V.Solovyov Azərbaycan dövlətindən və xalqından böhtanlarına və təhqirlərinə görə üzr istəməlidir.


Səidə